14 C
Baku
Saturday, November 23, 2024

Onlayn-bankinqdən istifadə zamanı mühafizə üsulları

Azərbaycanda bank sistemi inkişaf etdikcə, dünya bank sistemində istifadə olunan qabaqcıl texniki nailiyyətlərdə Azərbaycan banklarına daha çox inteqrasiya edir. Hazırda, demək olarki Azərbaycanın top 20 banklarının hamısı internet bankinq xidmətini tətbiq edir.

 İnternetin zəngin olduğu bütün təhlükələr, ilk növbədə isə əlbəttə ki, onlayn-bankinq üçün qorxuludur. Sizin məlumatlarınızın ötürülmə zamanı surəti çıxarıla, başqası tərəfindən baxıla, dəyişdirilə, hətta silinə bilər. Lakin siz də, bankın müştərisi kimi zəruri mühafizə tədbirləri görməlisiniz. Aşağıda sadalanan qaydalara riayət etməklə, siz İnternet vasitəsilə həyata keçirilən bank əməliyyatlarının riskiniminimuma endirə bilərsiniz. 

Kodlaşdırılmış birləşmədən istifadə edin

Öz gizli məlumatlarınızı İnternet kimi ümumi şəbəkələrdən ötürən zaman onları mühafizə edin. Şəbəkədə səhifənizin təhlükəsizliyi səviyyəsinin yaxşı göstəricisi kodlaşdırma texnikasından istifadədir.  Bu texnologiyalardan daha çox yayılanı SSL-dir. O, məlumatların hesabını və ya ötürülmə zamanı məlumatların manipulyasiyası imkanını aradan qaldırır. SSL texnologiyası bütün populyar brauzerlər tərəfindən dəstəklənir. Həqiqətənmi SSL-in istifadə olunub-olunmadığını siz İnternetdə sayıtn ünvanından müəyyən edə bilərsiniz: səhifəni açarkən ünvanda http hərf birləşməsinə s hərfini əlavə edin. Bu İnternet-ünvan – http avtomatik olaraq sizin brauzeri yoxlayır. Əgər provayder mövcud sertifikatla özünü ünvanın həqiqi sahibi kimi identifikasiya edə bilmirsə, onda siz təhlükə barədə xəbərdarlıq alacaqsınız. Bundan başqa, əmin olmaq lazımdır ki, məlumatların WLAN birləşməsi vasitəsilə ötürülməsi kifayət qədər kodlaşdırılmış mühafizə səviyyəsinə malikdir (yəni WEP –dən də etibarlı protokoldur).

Bank veb-səhifəsinin həqiqiliyini yoxlayın.

Əmin olun ki, siz həqiqətən öz bankınızın səhifəsinə düşmüsünüz. Hər dəfə bankınızın İnternet ünvanını çağırdıqda onu klaviaturadan, əllə daxil edin. Hətta ən minimal fərqlər (məsələn, ayırıcı nöqtə və xətlər) birmənalı olaraq onu göstərir ki, sayt saxtadır. Birmənalı olaraq ünvanı domen adla deyil, sadə rəqəmlərlə başlayan səhifələr (məsələn, http://1357.246.579/…) və ya sizin kredit təşkilatının adında «sonradan əlavə edilmiş adlar da  (məsələn, http:/bankın adı, domen adı.az) şübhəli hesab edilir.  Giriş məlumatlarını ciddi seçməli və onlarla çox ehtiyatla davranmaq lazımdır.

Onlayn-bankinq üçün mürəkkəb hərf-rəqəm kombinasiyaları ilə olan parollar seçin. Parol və giriş məlumatlarını, PİN-kodları başqalarının görə bilmədikləri yerlərdə saxlayın və heç vaxt kompüterdə – o cümlədən parol menecerində saxlamayın.

Onlayn-bankinq xidmətindən imkan daxilində yalnız öz qurğularınızdan istifadə edin

Ehtiyatı ilk növbədə ümumi girişi olan kompüterlərdə, xüsusilə İnternet-kafelərdə və İnternet-klublarda olan kompüterlər üçün gözləmək lazımdır. Hər dəfə onlayn-bankinq seansı başa çatarkən sistemdən çıxışı («Logout»)  edin və bank tranzaksiyası bitərkən Keş-yaddaşı təmizləyin.  Internet Explorer-də bunun üçün menyuda «icmalçının xassələri»ndə «Ümumi» düyməsini seçin. «İnternetin müvəqqəti faylları» bölməsində «Faylları silin» düyməsinə basın və bu zaman sərt diskdə qalan bütün faylları silmək üçün «hamısını silmək» pəncərəsində quş qoymağı unutmayın.

Yalnız etibarlı mənbələrdən alınmış proqramlardan istifadə edin

Heç vaxt öz kompüterinizdə qeyri-ciddi və ya etibarsız mənbələrdən alınmış proqramları yükləməyin. Bu proqramlar zərər gətirən proqramlar və ya təqib edici PO gəzdirə bilər ki, bunlar sizin məxfi məlumatlarınızı təqib edə bilər.  Təhlükəli alətlərə məsələn, serfinqin sürətləndirilməsi üçün proqramlar – Surf-Turbos aiddir ki, bunlar başqalarının sizin məxfi məlumatlarınızı oxumağına imkan verir.

Antivirus və brandmauerlərdən  (Firewalls) istifadə etməklə kompüterinizi mühafizə edin

Kompüterin sərt diskini qorumaq üçün öz əməliyyat sisteminin təqdim etdiyi imkanlardan istifadə edin. Kompüteri işə salarkən və ya onun müvəqqəti blokirovkası zamanı tələb edən parol qoyun. Avropa banklarının məlumatlarına görə, son illər bank sahəsinə dəyən zərərlərin 90%-i «Troyan virusları» tərəfindən dəymişdir. Ona görə antivirus proqram təminatını aktual səviyyədə saxlamaq, sizin antivirus istehsalçılarınızın səhifələri yenilənməklə vaxtında yükləyərək və ya bunun üçün antivirus proqramlarının avtomatik yenilənməsini həyata keçirmək lazımdır.

Əməliyyat sisteminizin   təhlükəsizliyi üçün avtomatik yenilənmədən istifadə edin

Əməliyyat sistemlərində daim «dəliklər» aşkarlanır ki, bunlar müvafiq aktualizasiyalarla bağlanır. Bu dəliklər vasitəsilə sistemə «Troyan virusları» daxil olur. Ona görə də nəzarət etmək lazımdır ki, OS istehsalçılarının patçları vaxtında yüklənsin və quraşdırılsın və yaxud da avtomatik yenilənmələrin yüklənməsi sistemindən istifadə edilsin.

Hesabınız üzrə hərəkətlərə nəzarət edin

Bankların əksəriyyəti indi SMS-məlumatlandırma kimi xidmət təqdim edir: pul çıxarılan vaxt sizin telefona müvafiq ismarıc daxil olacaqdır. Əgər nə isə qaydasında olmazsa, siz buna dərhal reaksiya verməli və təcili olaraq bankla əlaqə yaratmalısınız. Bankla onlayn-bankinq əməliyyatları zamanı gündəlik vəsait hərəkəti barədə limiti müəyyənləşdirin. Sizin kredit müəssisəsi ilə müəyyən etdiyiniz maksimum məbləğin köməyilə fırıldaqçıların sizin hesabdan böyük məbləğlərdə pul çıxarmayacaqlarına zəmanət alacaqsınız.

Elekton poçtada fişinqə reaksiya verməyin

Saxta məlumatlar və veb-səhifələr bu gün daha çox halda yüksək peşəkar səviyyədə hazırlanır və çox vaxt fərdiləşdirilir.  Lakin özünüzü bununla aldatmağa imkan verməyin: sizin bank heç vaxt sizdən elektron poçt vasitəsi ilə sizin məxfi məlumatlarınızı, bank hesabınızın nömrəsini yaxud PİN-kodunuzu tələb etməz. Əgər siz belə bir məlumat alsanız, öz bankınızı bu barədə məlumatlandırın, amma aldığınız məlumatda tələb olunan təlimat və tələblərə heç bir halda riayət etməyin.

Son xəbərlər
Digər xəbərlər