28 C
Baku
Saturday, July 27, 2024

Onlayn-broker “Robinhood” iyulda IPO keçirməyi planlaşdırır

Onlayn-broker “Robinhood” 4 iyuldan sonra IPO keçirməyi planlaşdırır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır. Mənbələrin qeyd etdiyi kimi, yekun qərar hələ qəbul edilməyib və brokerin planları hər zaman dəyişə bilər.

Xatırladaq ki, may ayında “Bloomberg” xidmətin iyunun sonunda IPO keçirəcəyini yazıb.

“Robinhood” rəsmi olaraq 2021-ci ilin martında IPO üçün müraciət göndərib. IPO layihəsi hələ açıqlanmayıb, eyni zamanda təklif ediləcək səhmlərin sayı və qiymət aralığı da məlum deyil.

“Bloomberg Intelligence” analitiki Devid Ritterin hesablamalarına görə, şirkət 40 milyard dollar dəyərində qiymətləndirilə bilər. 2020-ci ilin sentyabrında investorlar “Robinhood”u 11.7 milyard dollar dəyərində qiymətləndiriblər.

Son xəbərlər
Digər xəbərlər