8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Onlayn imtahanlar bu cür keçirilə bilər

“Onlayn və oflayn imtahanlar eyni zamanda keçirilə bilər. Onlayn imtahanlarda kiminsə evdə kəsilməz internetinin olması, avadanlıqlarının olması vacibdir və bu iştirakçı tərəfindən təmin edilir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, oflayn imtahanlarda isə hansısa zallara şagirdlər dəvət edilir. “Kompüterləri, interneti özümüz təmin edirik. Bu məsələlər müzakirə edilir. Ölkədəki vəziyyət müzakirə edilir və nə dərəcədə mümkündürsə, ona uyğun ediləcək”

©Report

Son xəbərlər
Oxşar xəbərlər