13 C
Baku
Friday, March 29, 2024

Onlayn lotereya iştirakçılarından vergi tutulması QAYDASI

Vergilər Nazirliyi Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklərlə əlaqədar əlavə dəyər vergisinə (ƏDV) edilən dəyişikliklərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycanın hüdudlarından kənarda hotel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərtilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının və saiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.

Misal: Azərbaycan vətəndaşı “William Hill” bukmeyker kontorunun internet səhifəsində “el-klassiko” oyununa mərc qoşmaq məqsədilə həmin oyunun ehtimal etdiyi nəticəsinə 100 manat ekvivalentlə qoyuluş etmək istəyir və köçürmə etmək üçün yerli banka müraciət edir. Bank tərəfindən 100 manat alınarkən 15,25 (100–100/1,18) manat ƏDV tutularaq büdcəyə ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər