6 C
Baku
Saturday, December 14, 2024

Onlayn ödəniş üçün ən sərfəli kartlar (reytinq 01.04.2014)

Banker.az saytı olaraq sizə internetdə ödənişlər etmək üçün ən sərfəli olan plastik kartları təqdim edirik.  Bu kartlar vasitəsilə internetdə istədiyiniz zaman alış-veriş edə bilərsiniz. Bunun üçün internet şəbəkəsində mal və ya xidmət haqqı ödəyərkən siz yalnız heç də mürəkkəb olmayan adi elektron anketini doldurmalı, o cümlədən, oraya kartınız barədə məlumatları da daxil etməlisiniz.

Qeyd edək ki, internetdə istifadə etmək üçün tərtib olunan kartlarda çip olmur və bu səbəbdən də siz həmin kartınıza bankomat vasitəsilə pul köçürə bilməyəcəksiniz. Kartınıza mədaxil etmək üçün sadəcə olaraq banka yaxınlaşmalı olacaqsınız. Aşağıda hazırlanmış reytinqdə də görə bilərsiniz ki, bir neçə bankın internet kartında çip var. Lakin çip olsa da  siz kartı əldə edə bilməyəcəksiniz. Bütün banklarda olduğu kimi həmin banklar da sizə sadəcə  kod verəcək ki, siz də bu kart vasitəsilə internetdə ödənişlər, alış –veriş və digər əməliyyatlarınızı  həyata keçirə bilərsiniz. Nəzərinizə çatdıraq ki, kartın üzərindəki çip olmasa siz kartınızı bankomata daxil və hesabınıza mədaxil edə bilmərsiniz.

Eyni zamanda Virtual kartlardan internet şəbəkəsində istifadə edərək siz, 24 saat ərzində internet vasitəsilə bir çox əməliyyatları rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz:

• İnternet mağazalarından mal və xidmətlər almaq;
• Kommunal ödənişlər etmək;
• Mobil və stasionar rabitə haqlarını ödəmək;
• Sığorta ödənişlərini həyata keçirmək;
• Kabel televiziyasından istifadə haqqını ödəmək;
• İnternet provayderlərin xidmət haqlarını ödəmək;
• Elektron bilet almaq;
• Otellərdə otaq rezervasiya (sifariş) etmək və s.

İnternet kartı əldə etmək üçün isə siz şəxsiyyət vəsiqəniz ilə birlikdə kartı almaq istədiyiniz istənilən filiala yaxınlaşıb “internet kartın alınması üçün sifariş ərizəsi”ni doldurmaq və kartın illik xidmət haqqını ödəmək kifayətdir. Eyni zamanda siz kartınızı online da sifariş edə bilərsiniz ki, kartınız hazırlandıqdan sonra nəzərdə tutulmuş ünvana çatırılacaqdır.

Qeyd edək ki, reytinq banklardan Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır.

Əgər bankla əlaqə saxladığınız zaman Sizə fərqli məlumatlar verilibsə aşağıda şərh yazmağı unutmayın!

[table id=27 /]

* 3 aylıq kart

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.