30 C
Baku
Friday, July 5, 2024

Online alış-veriş zamanı kartdakı pulu necə qorumaq olar?

Hazırda plastik kartın internetdə alış-veriş edərkən ödəniş vasitəsi kimi çox populyar olmasına baxmayaraq, bir çoxları hələ də onun istifadəsindən yarana biləcək risklərdən xəbərdar deyillər.

Banker.az saytı fırıldaqçı online mağazaların tələsinə düşməmək üçün kartınızı və vəsaitlərinizi aşağıdakı məsləhətlərin köməyi ilə təhlükəsizlik altına almağı tövsiyyə edir:

Yalnız sınanmış saytlarda ödəniş edin:

Online alış-veriş üçün hər zaman eyni saytdan istifadə edirsinizsə, yenilik xatirinə bu saytı digər bələd olmadığınız sayt ilə əvəz etmək məqsədəuyğun deyil. Daim istifadə etdiyiniz internet resursunun dəqiq adını unutmusunuzsa onu tapmağa və yaxud adını xatırlamağa çalışın.

HTTPS-nin olduğundan əmin olun:

Hər hansı online mağazada və yaxud digər internet resursunda plastik kartınız ilə ödəniş etməzdən əvvəl saytın ünvanının əks olunduğu hissədə https prefiksinin olduğundan əmin olun. Burada “s” “secure”, yəni təhlükəsizliyi bildirir.

Əgər ödəniş həyata keçirəcəyiniz saytın ünvan hissəsində http://www.hərhansıbirsayt.com formasında yazı görürsünüzsə heç bir halda burada kartınızın məlumatlarını daxil etməyin! Hətta sözügedən online mağaza fırıldaqçı xarakter daşımasa da, istənilən kənar bir fırıldaqçı bu saytdan istifadə edərək məlumatlarınızı ələ keçirə bilər.

Ünvan hissəsi yaşıl rəngdə olan saytlar daha etibarlıdır. Bu zaman təhlükəsizlik ilə yanaşı kimə ödəniş etdiyinizi də bilmiş olursunuz. Belə ki, burada ünvan ilə yanaşı, şirkətin adı da əks etdirilir.

Kartınızın məlumatlarını daxil etdiyinz səhifədə ödəyəcəyiniz məbləği diqqətlə yoxlayın:

Ödəniş prosesinin təhlükəsizliyindən əmin olsanız belə, bu hələ o demək deyil ki, pullarınız haqqında narahat olmamalısınız.

Bəzən online mağaza və servislər demək olar ki, sizin xəbəriniz olmadan etdiyiniz sifarişə əlavə xidmətlər və uyğun gələn məhsullar da “yükləyirlər”. Bu hala yol verməmək üçün ödəniş üçün son addımı həyata keçirmədən və kartınızın məlumatlarını daxil etmədən öncə ümumi ödəniş məbləğini nəzərdən keçirin.

 

Kartınızdan edilən çıxarışlara nəzarət edin:

Hazırda demək olar ki, bir çox bank öz kartınızdakı vəziyyətə nəzarət etməyə imkan verən internet bankçılığı xidməti təklif edir.

Bundan əlavə, müştərisi olduğunuz bankdan plastik kart əldə edərkən SMS bankçılıq xidmətinə qoşulmağı da tələb edin. Bu xidmət vasitəsilə real zamanda kartınızdan edilən istənilən çıxarış haqqında SMS şəklində məlumat əldə edəcəksiniz.

Bununla kartınızdakı vəsaitlərə tam olaraq nəzarət etmək şansına sahib olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər