OPEС-in baş katibi və Aİ-nin energetika üzrə komissarı qlobal neft bazarını müzakirə ediblər

OPEC-in baş katibi Haitham al Hays və Aİ-nin energetika üzrə komissarı Dan Jorhensen qlobal neft bazarının vəziyyətini, energetikanın perspektivlərini və sahəyə investisiya zərurətini müzakirə ediblər. Danışıqlar OPEC–Aİ 16-cı enerji dialoqu çərçivəsində keçirilib. Bu barədə təşkilatın X sosial şəbəkəsindəki məlumatında bildirilir.

Təşkilatın baş katibinin sözlərinə görə, 2005-ci ildən fəaliyyət göstərən OPEC–Aİ enerji dialoqu çoxtərəfli enerji əməkdaşlığı üçün vacib platforma olaraq qalır. “Bu dialoq uzun illərdir ki, OPEC və Aİ-nin neft bazarının inkişafı, enerji siyasəti və enerji texnologiyaları kimi mühüm məsələləri müzakirə etdiyi unikal platformadır”, — deyə məlumatda qeyd olunur.

Al Hays vurğulayıb ki, OPEC-in Aİ ilə qarşılıqlı fəaliyyəti, eləcə də təşkilatın digər dialoq formatları iştirakçılara dəyişən bazar şəraitində düzgün istiqamətlənməyə kömək edir. O, həmçinin OPEC-in neft bazarında sabitliyin qorunmasına sadiq olduğunu təsdiqləyib və qlobal enerji tələbatının artacağı gözləntiləri fonunda bütün enerji növlərinə uzunmüddətli investisiyaların vacibliyini qeyd edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər