19 C
Baku
Thursday, April 25, 2024

OPEC 2019-cu ildə neft istehlakının artımını proqnozlaşdırır

OPEC-in aylıq hesabatına görə, 2019-cu ildə dünya neft istehlakı 2018-ci illə müqayisədə 1,02 milyon barel artaraq gündəlik 99,84 milyon barelə çatacaq.

Banker.az xəbər verir ki, istehlak artımının proqnozu bir ay əvvəl verilən proqnoza nisbətən gündə təxminən 80 min barel azalıb, bunun əsas səbəbi ilin birinci yarısında bir çox ölkələrdə tələbatın zəif olmasıdır.

Qlobal neft tələbinin artımının gələn il 1.08 milyon barel artaraq gündəlik 100.92 milyon barelə çatacağı gözlənilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrin neft ehtiyatları keçən ay ilə müqayisədə 10,5 milyon barel azalıb. Xatırladaq ki, keçən il bu rəqəm 108 milyon barel çox olmuşdur.

Neft ehtiyatları 41,3 milyon barel azalıb, neft məhsullarının ehtiyatları isə 30,8 milyon barel artıb.

OPEC-in verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları bir aya 9,7 milyon barel azalaraq 1 milyard 299 milyon barelə çatıb. Bu, orta göstəricidən 73,3 milyon barel çoxdur.  

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər