10 C
Baku
Thursday, December 12, 2024

OPEC 2021-ci ildə neftə olan tələbin artım proqnozunu olduğu kimi saxlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə dünya üzrə neftə olan tələbin artımı ilə bağlı proqnozunu dəyişməz olaraq saxlayıb.

Bu barədə OPEC-in sentyabr ayı üzrə hesabatında deyilir. Beləliklə, avqustda olduğu kimi, 2021-ci ildə dünya üzrə neftə tələbin artımı gündəlik 6 milyon barrel təşkil edəcək.

Hesabatda deyilir ki, əhalinin mobilliyinin artması fonunda cari ilin III rübündə neftə olan tələb dayanıqlı olub. Ümumilikdə, 2021-ci ildə neftə olan tələb gündəlik 96,7 milyon barel səviyyəsinədək bərpa olunacaq.

OPEC-də hesab edirlər ki, 2022-ci ildə neftə olan tələbin artımı gündəlik 4,2 milyonbarel təşkil edəcək, bu isə avqust ayındakı hesabatın göstəricilərindən 0,9 milyonbarel çoxdur.

2022-ci ildə ümumi neft olan tələb gündəlik 100,8 milyon barelə çatacaq, bu isə pandemiyadan əvvəlki vəziyyətdən yüksəkdir.

 

Son xəbərlər
Digər xəbərlər