“OPEC+”ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Texniki Komitəsi 2021-ci ildə dünyada kommersiya neft ehtiyatlarının orta hesabla gündəlik 1,1 mln. barel azalacağını proqnozlaşdırır.
“Bloomberg”in verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində kommersiya neft ehtiyatlarının həcminin iyun ayında orta beşillik səviyyədən aşağı olacağı gözlənilir.
Bununla yanaşı, Texniki Komitə bu ilin aprel-iyun aylarında OPEC ölkələri tərəfindən gündəlik neft hasilatının 0,5 mln. barel artırılacağını ehtimal edir.