7 C
Baku
Monday, February 6, 2023

OPEC 2022-2023-cü illər üçün qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-2023-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

Cari ildə qlobal gündəlik neft tələbatının 99,67 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəricisindən 350 min barel azdır. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,64 mln. barel olacaq (əvvəlki proqnoz göstəricisindən 460 min barel azdır).

Hesabata əsasən, cari il qlobal gündəlik neft tələbatının 102,02 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnozdan 710 min barel azadır). 2023-cü ildə neft tələbatının artım tempi 2,34 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 360 min barel azdır.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X