15 C
Baku
Sunday, November 24, 2024

OPEC 2023-cü ildə ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu saxlayıb

OPEC 2023-cü ildə ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu əvvəlki təxmin səviyyəsində saxlayıb.

Bu barədə qurumun may ayı hesabatında deyilir.

Aprel ayındakı əvvəlki hesabatda olduğu kimi, may hesabatında da göstəricinin sutkada 0,69 milyon barel artaraq 12,57 milyon barelə çatacağı gözlənilir.

Hesabatda hasilat proqnozu qazma və quyuların tamamlanmasının yüksək səviyyəsi ilə izah olunur.

OPEC-in məlumatına görə, 2021-ci ildə ölkədə neft hasilatı sutkada 11,25 milyon barel, 2022-ci ildə isə 11,89 milyon barel təşkil edib.

Son xəbərlər
Digər xəbərlər