“2023-cü ildə neftə tələbat demək olar ki, sutkada 102 milyon barelə çatacaq”,- OPEC-in baş katibi Haytam əl-Qays söyləyib. Onun sözlərinə görə, cari ildə göstəricilər pandemiyadan öncəki səviyyədən yüksək olacaq. 2025-ci ilə qədər tələb artmaqda davam edəcək və gündə 110 milyon barelə çatacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
2022-ci ilin ortalarında Beynəlxalq Enerji Agentliyinin ekspertləri neftə tələbin 2021-ci ildəki 97.6 milyon bareldən 2022-ci ildə 99.4 milyon barelə, 2023-cü ildə isə 101.6 milyon barelə yüksələcəyini proqnozlaşdırıblar. Onların yanvar ayı proqnozuna görə, 2023-cü ildə neftə tələb 1.9 milyon barel artaraq 101.7 milyon barel olacaq.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak ötən həftə bildirib ki, ölkə mart ayında neft hasilatını könüllü olaraq sutkada 500 min barel azaldacaq. “Reuters” agentliyi Rusiyanın bu qərarına görə OPEC+-nın hasilatı artırmayacağını bildirib.