OPEC 2024-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 2.25 milyon barel, 2025-ci ildə isə daha 1.85 milyon barel artıraraq 106.31 milyon barel səviyyəsində saxlayıb.
OPEC ilin ikinci yarısında İƏİT ölkələrində neft tələbinin əsasən ABŞ hesabına bir il əvvəlkindən 0.25 milyon barel çox olacağını gözləyir. Avropa və Asiyada İƏİT ölkələrinin tələbi cüzi şəkildə artıracağı gözlənilir.
OPEC yazır ki, İƏİT-ə daxil olmayan ölkələrdə sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyətlərindən, eləcə də İƏİT-ə daxil olmayan ölkələrdə, əsasən Çin və Yaxın Şərqdə neft-kimya potensialının artımından dəstək gözlənilir.
Aprel ayı üzrə ilkin məlumatlar göstərir ki, İƏİT ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 16/6 milyon barel artaraq 2.773 milyard barrelə çatıb. Bu, 2023-cü ilin aprel ayı ilə müqayisədə 49 milyon barel, son beş ilin orta göstəricisindən 110 milyon barel, 2015-2019-cu illər üzrə orta göstəricidən 154 milyon barel azdır. O cümlədən, neft ehtiyatları 19.5 milyon barel artaraq 1.376 milyard barelə yüksəlib, neft məhsulları ehtiyatları isə 2.9 milyon barrel azalaraq 1.396 milyard barelə düşüb.