10 C
Baku
Tuesday, April 15, 2025

OPEC 2025-2026-cı illər üzrə qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilib.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,05 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 105,2 mln. barel), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,3 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,33 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz – 106,63 mln. barel), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,29 mln. barel çoxdur.

Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,75 mln. barel səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,54 mln. barel artım deməkdir.

Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər