4 C
Baku
Wednesday, February 11, 2026

OPEC 2026-cı ildə qlobal neft tələbi üzrə artım proqnozunu yenidən dəyişməz saxlayıb

OPEC-in hesabatına əsasən, 2026-cı ildə dünyada neftə tələbat gündəlik 1,4 milyon barel artaraq 106,52 milyon barelə (b/s) çata bilər.

Təşkilatın məlumatına görə, 2025-ci ildə qlobal tələbat 105,13 milyon b/s olub. 2027-ci ildə isə neftə tələbatın daha 1,34 milyon b/s artaraq 107,86 milyon b/s səviyyəsinə yüksələcəyi gözlənilir.

Hesabatda bildirilir ki, 2026–2027-ci illərdə artımın əsas hissəsi OECD-yə daxil olmayan ölkələrin payına düşəcək — burada artım 1,2 milyon b/s təşkil edəcək. Bu yüksəliş əsasən Asiya ölkələrinin ehtiyacları ilə bağlı olacaq və Hindistanla Çin tərəfindən dəstəklənəcək.

OPEC həmçinin “OPEC+”a daxil olmayan ölkələr üzrə 2026-cı il üçün neft təklifinin artım proqnozunu dəyişməz saxlayaraq 0,6 milyon b/s səviyyəsində qoruyub. Beləliklə, bu ölkələrdə ümumi hasilatın 54,78 milyon b/s-ə çatacağı gözlənilir. Təşkilat qeyd edir ki, artımın əsas mənbələri ABŞ, Kanada, Braziliya və Argentina olacaq.

2027-ci ildə də OPEC proqnozuna görə, “OPEC+”dan kənar ölkələrdə maye karbohidrogen hasilatı daha 0,6 milyon b/s artaraq 55,39 milyon b/s səviyyəsinə yüksələcək.

Son xəbərlər
Digər xəbərlər