OPEC ABŞ-a görə neft hasilatını azaltmayacaq

OPEC təşkilatına üzv ölkələr ABŞ-da şist neft istehsalının artmasına görə neft hasilatını daha azaltmayacaqlar.

Banker.az saytının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, verilən məlumatlara görə, bu həftə Səudiyyə Ərəbistanından olan baş energetika məmurları ilə ABŞ-ın Anadarko, ConocoPhillips, Occidental Petroleum Corp, Pioneer Natural Resources, Newfield Exploration və EOG Resources kimi açar mövqeli müstəqil neft şirkətlərinin rəhbərləri arasında görüş baş tutdu. Görüş ərzində ərəbistanlı məmurlar bildirdilər ki, OPEC ABŞ-da şist yataqlarında hasilatın artmasını kompensasiya etmək üçün istehsalat həcmini məhdudlaşdırmayacaq.

Məmurlardan biri qeyd edib ki, OPEC təşkilatı ABŞ-da şist istehsalının artması ilə bağlı zərbəni öz üzərinə götürməyəcək.
Qeyd edək ki, keçən il 30 noyabr tarixində OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə etdi. Belə ki, tərəflərin gəldiyi razılığa əsasən, OPEC ölkələri neft hasilatını sutkalıq 1,2 milyon barrel azaltdı. Bununla da sutkalıq neft hasilatı 32,5 milyon barrelə qədər endirildi.

Son xəbərlər
Digər xəbərlər