-3 C
Baku
Sunday, December 15, 2024

OPEC+ alyansında “qalmaqal” neft qiymətini təzyiq altına salıb

OPEC+ alyansının ötən günkü iclasında yenidən qarışıq qərərlarla günü bitirməsi və qeyri-müəyyənlik neftin qiymətlərini yenidən təzyiq altına salıb. Fyuçerslər üzrə satılan neftlərin qiymətləri startdaca ucuzlaşmağa başlayıb.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir bareli (Bakı vax. 08:52) 7 qəpik (0.09%) ucuzlaşmaqla 75.77 dollar, WTI nefti isə cüzi ucuzlaşma ilə 75.22 dollara düşüb.

OPEC+ Nazirlər Monitorinq Komitəsinin ötən gün keçirilən iclasında iştirakçı ölkələrə bu il avqust – dekabr ayları ərzində gündəlik hasilatı hər ay 400 min barel artırmaq tövsiyə olunub. Təklif əsas neft hasilatçıları olan Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən verilib. Bununla da ilin sonuna 2 milyon barel artırılmasını təklif edirlərr. OPEC + alyansının IV rüb üçün gündəlik 2.3 milyon barel neft defisitini qarşılayacağına ümid edirdilər.

Birləşmiş Ərəb Əmirliyi və alyansın digər üzvləri istehsalın artırılması üzrə kvota ilə razılaşmayıblar və yenidən baxılmasını xahiş ediblər. BƏƏ hasilatın cəmi 3.2 milyon barel artırılmasını istəyir. İstehsalın kəskin şəkildə artırılması yığıncaqda rədd edilib, lakin BƏƏ heyəti bunun prinsipial bir məsələ olduğunu israr etməyə davam edib.

Bu razılaşma baş tutarsa  Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.

Qeyd edək ki, 2021-ci ilin ilk aylarından başlayaraq dünyada COVID-19 virusuna qarşı vaksinasiyanın sürətlənməsi neftə tələbatın yaranacağı ehtimalı ilə qiymətlərini 50 dollar/barelin, fevralın əvvəlindən 60 dollar/barrel, iyundan isə 70 dollar/barrel səviyyəsinə kimi bahalaşıb. Bu isə neft ixracaçıları üçün əlavə risk iştahı yaradıb.

Son xəbərlər
Digər xəbərlər