14 C
Baku
Saturday, November 23, 2024

OPEC+ alyansının hasilatı azaltması bazara əks təsir edib – Brentin qiyməti 80 $/bbl-ə düşüb

OPEC+ alyansının üzvləri 2024-cü ilin əvvəlində gündəlik hasilatın 2 milyon barel azaldılması ilə bağlı razılığa gəliblər.

Banker.az bunu “Reuters”ə istinadən xəbər verir.

Belə ki, iclas iştirakçıları noyabrın 30-da bu qərara gəliblər.

Eyni zamanda, Rusiya neft hasilatını gündəlik yarım milyon barel azaltmağa,  Səudiyyə Ərəbistanı isə neft hasilatını könüllü olaraq gündəlik 1 milyon barel azaltmaq qərarını uzadıb.

Eyni zamanda, hasilatın azaldılması bütün “OPEC+” iştirakçılarına təsir etməyə bilər.

Bu xəbərin ardından Brent neftinin bir bareli ötən günkü 83 dollar üzərindən 80 dollara qədər düşüb. Hazırda Brent fyuçersinin bir barreli Bakı vaxtı ilə 8:40 radələrinə 80.62 dollara ticarət edilir.

Son xəbərlər
Digər xəbərlər