20 C
Baku
Friday, October 11, 2024

OPEC+ alyansının ixracı azaltması fonunda ABŞ-da şist neft hasilatı artıb

OPEC+ ölkələrinin neft ixracını azaltmaq qərarı fonunda Qərbi Texasdakı Perm hövzəsində və Şimali Dakotadakı Bakken yatağının şist yataqlarında fəaliyyət göstərən Amerika qazma şirkətləri şist neft hasilatını rekord səviyyəyə çatdırıb.

Agentliyin məlumatına görə, hazırda neft hasilatı amerikalı sinoptiklərin təxminlərini sutkada 0.8 milyon barel qabaqlayır və 13.3 milyon barelə çatır. “Bloomberg” bildirir ki, analitiklər ABŞ neft şirkətlərinin xərcləri cilovlamaq və səhmdarlara nağd pulların qaytarılmasına diqqət yetirmək vədləri səbəbindən bu il ABŞ-da neft hasilatının cüzi şəkildə artacağını gözləyirlər.

Noyabrın sonunda OPEC+ ölkələri razılığa gəliblər ki, Səudiyyə Ərəbistanı könüllü olaraq neft ixracını sutkada 1 milyon barelə, Rusiya isə 500 min barelə çatdıracaq, təşkilatın qalan ölkələri isə kollektiv şəkildə neft ixracını azaldacaq. Müqavilə 2024-cü ilin mart ayına qədər qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər