OPEC+ Monitorinq Komitəsinin növbəti iclası avqustun 2-də keçiriləcək. Bu barədə alyans ölkələrindən birinin nümayəndə heyətindəki mənbə məlumat verib.
OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasları iki ayda bir keçirilir. Bu formatda sonuncu görüş iyunun 7-də baş tutub.
Adətən iclas zamanı alyans nümayəndələri qlobal neft bazarındakı cari vəziyyəti müzakirə edir və OPEC+ sazişinin icra səviyyəsini qiymətləndirirlər. OPEC daha əvvəl bildirmişdi ki, Monitorinq Komitəsinin neft hasilatı səviyyələri ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Komitənin əsas funksiyası OPEC+ razılaşmasının icrasına nəzarət etmək və bazar şəraitini təhlil etməkdir.
Avqustun 2-də həmçinin OPEC+ daxilində könüllü hasilat məhdudiyyətləri tətbiq edən yeddi ölkənin (“yeddilik”) də görüşü keçiriləcək.






