10 C
Baku
Thursday, December 12, 2024

OPEC Azərbaycanda bu il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 60 min barel artım deməkdir və öncəki proqnoz göstəricisinə bərabərdir

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 42 min barel azdır.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Son xəbərlər
Digər xəbərlər