9 C
Baku
Friday, December 27, 2024

OPEC Azərbaycanda bu il üçün neft hasilatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 55 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 5 min barel azdır.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi yanvar ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardı.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 4 min barel azdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər