16 C
Baku
Thursday, April 25, 2024

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu azaldıb

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının orta hesabla 0,8 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bu, 2021-ci ilin hasilat göstəricilərindən 0,06 milyon barel/sutka çoxdur.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verilir.

Eyni zamanda, təşkilat Azərbaycanda hasilatı əvvəlki hesabatla müqayisədə 6 min barel/sutka azaldıb. Bu, 2022-ci ilin ilk rübündə Azərbaycanda hasilatın gözləniləndən az olması ilə əlaqədar olub.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki illə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka təşkil edib.

“Ümumilikdə, Azərbaycanda maye karbohidrogen hasilatı aprel ayında əvvəlki ayla müqayisədə 8 min barel/sutka artaraq orta hesabla 575 min barel/sutka təşkil edib. 2022-ci ildə Azərbaycanda yeni layihələrin işə salınması gözlənilmir. “Azəri-Çıraq-Günəşli” blokunda neft hasilatının azalması “Şahdəniz” kimi yataqlarda hasilatın artması hesabına qismən kompensasiya olunacaq”, – hesabatda deyilir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər