27 C
Baku
Friday, June 14, 2024

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 11 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 11 min barel azdır.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.

Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 30 min azalaraq (proqnoz dəyişməyib) orta hesabla 0.7 mln. barel olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər