Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2020-2021-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
OPEC-in aylıq hesabatına görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq.
OPEC-in proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində qalacaq.
Xatırladaq ki, dekabrın 3-ə OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.