9 C
Baku
Sunday, November 17, 2024

OPEC Beynəlxalq Enerji Agentliyinin tənqidlərinə cavab verib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və “OPEC+” alyansı öz hərəkətləri ilə hansısa müəyyən neft qiymətini müəyyən etməyə çalışmır.

Bu barədə OPEC-in Beynəlxalq Enerji Agentliyinin (IEA) tənqidlərinə cavab olaraq bəyanatında deyilir.

“Beynəlxalq Enerji Agentliyinin (IEA) OPEC və “OPEC+”ı yenidən tənqid edən son şərhlərinə cavab olaraq, OPEC-in baş katibi Heysəm əl-Qais OPEC və “OPEC+”ın neftin müəyyən qiymətinin müəyyən edilməsi ilə məşğul olmadığını bir daha bəyan edib”, – məlumatda qeyd olunur.

OPEC vurğulayır ki, həm təşkilat, həm də “OPEC+” alyansı qərar qəbul edərkən yalnız fundamental bazar amillərinə diqqət yetirir, həmçinin dünyanın ehtiyac duyduğu neft sənayesinə “həyati vacib” investisiyaları təmin edir.

“IEA bazara bir sıra amillərin təsir etdiyini yaxşı bilir. Koronavirus, pul siyasəti, neft ehtiyatlarında dəyişikliklər, ticarət sxemləri, strateji ehtiyatlardan neftin satışı (koordinasiya edilmiş və ya razılaşdırılmamış), geosiyasət və bir çox digər amillər”, – Heysəm əl-Qais qeyd edib.

Onun sözlərinə görə, inflyasiyaya bir çox başqa amillər təsir etdiyi üçün neft bazarını bu prossesə görə günahlandırmaq yanlış və texniki cəhətdən düzgün deyil.

“Digər enerji bazarları neft bazarından daha qeyri-sabitdir və bu, böyük ölçüdə OPEC və “OPEC+”ın stabilləşdirici rolu ilə bağlıdır”, – OPEC-in baş katibi vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər