17 C
Baku
Monday, April 29, 2024

OPEC+ birləşməsinin ‘son gülləsi’ təsir etmədi – Neftin qiyməti düşməkdədir

Həftənin son iş günü, 6 mart 2020-ci il tarixdə koronavirus təhlükəsi səbəbindən istehlaka azalan marağla yanaşı, OPEC-ə daxil olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı heç bir razılığıa gəlməyincə dünya birjalarında xam neftin dəyəri yenidən 1,30% ucuzlaşmalı olub.

Banker.az Bloomberg-ə istinadən bildirir ki, Bakı vaxtı ilə 09:20 radələrində Brent markalı neftin dəyəri 66 sent, yəni, 1,35%-lə 49,33 dollar/barelə, Qərbi Texas neftinin dəyəri isə 52 sent (1,13%) ucuzlaşmaqla 45,42 dollar/barel səviyyəsinə düşüb.

Geridə qoyduğumuz cümə axşamında (05.03.20) OPEC+ ölkələri razılığa gəlmişdilər ki, neftin hazırda azalan təlabat səbəbindən hasilatın 1,5 milyon barel azaldılması qərarına gəlsinlər. Daha əvvəl isə 2,1 milyon barel azaldılmasını qərar vermişdi, fayda vermədi, neft yenə düşdü. OPEC-in bu razılaşmasına qatılmayan ölkələr (əsasən də ABŞ) xam neftin hasilatındakı azalma ilə razılaşmyır, artırmaqda davam edir. OPEC üçün problem budur ki, onlar hasilatı azaltdıqca bazardakı müştərilərini digər hasilatçılar tuta bilər və tutur.

ABŞ-da xam neftin hasilatını artıraraq gündəlik  13,1 milyon barelə çatdırıb. Artırlıdıqdan sonra ABŞ-ın neft ixracı 4,154 milyon barelə yüksəlib. Bu da Səudiyyə və İraq istisna olmaqla, digər OPEC ölkələrinin hasilatından çoxdur.

Bildirək ki, 2020-ci ilin 20 fevral tarixindən Brent markalı neftin dəyəri 60 dollar/barel səviyyəsinə qədər yüksəlmişdi

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər