-1 C
Baku
Sunday, December 15, 2024

OPEC bu il Azərbaycanda karbohidrogen hasilatı üzrə proqnozunu açıqlayıb

2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 14 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.

Artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.

Hesabata görə, ölkədə fevralda maye karbohidrogen hasilatının aylıq müqayisədə faktiki olaraq dəyişməyərək, illik müqayisədə isə 62 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatıb.

Hesabata əsasən, maye karbohidrogenlərin Azərbaycanda gündəlik hasilatı (neft kondensatla birgə-red.) bu ilin birinci rübündə 600 min barel səviyyəsində, qalan (II-IV) rüblərdə isə 700 min barel olacağı proqnozlaşdırılır.

2025-ci ildə OPEC ölkədə gündəlik kondensatla birgə neftin hasilatını 700 min barel səviyyəsində gözləyir.

Son xəbərlər
Digər xəbərlər