5 C
Baku
Tuesday, January 31, 2023

OPEC Çinin gündəlik neft tələbatının yarım milyon barel artacağını gözləyir

OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) baş katibi Heysəm əl-Qais hesab edir ki, Qərb sanksiyalarının Rusiya neftinin tədarükünə təsirini qiymətləndirmək hələ tezdir.

“Rusiya enerji bazarlarında iri oyunçudur və onun hasilatını əvəz etmək asan deyil. Sanksiyaların Rusiya neftinin tədarükünə təsiri barədə danışmaq hələ tezdir”, – Heysəm əl-Qais qeyd edib.

OPEC-in baş katibinin sözlərinə görə, Hindistan və Çindən gələn tələb inkişaf etmiş ölkələrdən gözlənilən azalmanı kompensasiya edə bilər.

Heysəm əl-Qais koronavirusun yayılması ilə bağlı məhdudiyyətlərin aradan qaldırması nəticəsində, bu il ərzində Çinin neftə tələbatının artacağını gözləyir: “Biz Çinin gündəlik neft tələbatını yarım milyon barel artıracağını gözləyirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X