5 C
Baku
Saturday, December 14, 2024

OPEC-də neft hasilatı gələn il pandemiyadan əvvəlki səviyyəni ötəcək – PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu yüksəldib, 2022-ci il üçün isə azaldıb.

Bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 29,37 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,19 mln. barel çoxdur.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,81 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,14 mln. barel azdır.

Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər