Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verilir.
Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,2 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 105,27 mln. barel), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,45 mln. barel çoxdur.
Bununla yanaşı OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,63 mln. barel səviyyəsində olacağını ehtimal edir, bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,43 mln. barel çoxdur.
Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,75 mln. barel (öncəki proqnoz – 103,82 mln. barel) səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,54 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.