2 C
Baku
Saturday, December 14, 2024

OPEC gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

OPEC-in aylıq hesabatına istinadən verilən məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 100,29 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da əvvəlki proqnoz göstərici ilə müqayisədə 0,21 mln barel azdır. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 3,36 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricisindən 0,31 mln. barel azdır.

OPEC 2021-ci il üçün də indikatorlar üzrə göstəriciləri korrektə edib. Hesabata əsasən, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, bu da əvvəlki proqnoz göstəricisindən 0,04 mln. barel çoxdur. Beləliklə, ötən il qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub (öncəki proqnozdan 0,1 mln. barel çoxdur).

Xatırladaq ki, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər