9 C
Baku
Friday, December 13, 2024

“OPEC+” gündəliyində neft hasilatının bir qədər də artırılması məsələsi yoxdur

Cümə axşamı Bakı vaxtı ilə saat 17:00-də başlayacaq “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) nazirlərinin danışıqlarının gündəliyi dekabrda gündəlik neft hasilatının 600-800 min barel artırılmasının müzakirəsini nəzərdə tutmur.

Bu barədə TASS-a “OPEC+”da yüksək vəzifəli mənbəyinə istinadən xəbər verir.

Daha əvvəl “Bloomberg” xəbər verib ki, ABŞ OPEC ölkələrinə dekabrda gündəlik neft hasilatını daha cəsarətlə artırmağı və müzakirə olunan 400 min barel əvəzinə 600-800 min barel artırmağı təklif edib.

Danışıqlarda iştirak edən TASS-ın iki mənbəyi belə bir təklifin cümə axşamı müzakirəyə çıxarıla biləcəyini eşitməyib. Üçüncü həmsöhbət də bildirib ki, formal olaraq görüşün gündəliyi çox sadədir və dekabr ayı üçün alternativ fəaliyyət variantlarının müzakirəsini nəzərdə tutmur.

“Lakin heç nəyi istisna etmək olmaz və hasilatın daha böyük artımı təklifi bu gün gündəmə gətirilə bilər. Amma düşünürəm ki, böyük ehtimalla bu təklif, rədd ediləcək”, – mənbə bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər