23 C
Baku
Monday, June 2, 2025

OPEC+ gündəlik hasilatı gözləniləndən daha çox yüksəltdi – Bu, niyə baş verir?

Səudiyyə Ərəbistanı, Rusiya və daha altı əsas OPEC+ ölkəsi şənbə günü iyul ayında neft hasilatının əhəmiyyətli dərəcədə artırılacağını elan ediblər.

Banker.az xəbər verir ki, gündəlik hasilat artımı 411 min barel olub.

Bu, əvvəlcədən planlaşdırılmış tempdən üç dəfə çoxdur. Eyni artım may və iyun ayları üçün də razılaşdırılıb.

2022-ci ildən bəri alyans (22 ölkə) qiymətləri dəstəkləmək üçün gündəlik 2,2 milyon barel az neft hasil edirdi.

2025-ci ilin əvvəlindən etibarən “Könüllü səkkizlik” qrupu hasilatı tədricən artırmağa başlayıb.

İyul ayında əvvəlki planlarla müqayisədə hasilatın üçqat artımı gözlənilir.

Neftin qiyməti son dörd ilin ən aşağı səviyyəsinə — 60 dollar/barel həddinə düşüb. Yeri gəlmişkən, bu azalmada Trampın ticarət müharibəsi də mühüm rol oynayıb.

OPEC+ qrupunun qərarı bazarlarda narahatlıq yaradıb, çünki bu, qiymətlərə əlavə təzyiq göstərə bilər.

“Rystad Energy” analitiki Xorxe Leonun fikrincə, bu yalnız bazar qərarı deyil, eyni zamanda siyasi addımdır.

İddialara görə, Səudiyyə Ərəbistanı Donald Trampın təzyiqlərini qəbul edib. Belə ki, Tramp prezidentliyinin əvvəlindən neft qiymətlərinin endirilməsini tələb edirdi.

Bu, ABŞ istehlakçıları üçün benzin qiymətlərinin enməsinə və Respublikaçılar üçün seçkiöncəsi üstünlüklərə səbəb ola bilər.

OPEC+ hasilatın artımını “sağlam bazar fundamental göstəriciləri” ilə izah olunur: gözlənilən tələb artımı və ehtiyatların normal səviyyədə olması.

Son xəbərlər
Digər xəbərlər