OPEC+ nazirləri, Səudiyyə Ərəbistanının fevral-mart aylarında boynuna götürdüyü neft hasilatındakı əlavə gündəlik 1 mln. barel azaldılmasının aprel ayında da uzadılmasını müzakirə edirlər.
Eyni zamanda, OPEK-dəki mənbə bildirib ki, Rusiya hasilatını az da olsa, artıra bilər.
“Səudiyyəlilər azaldılmanı gündəlik 1 mln. barelə qədər uzadacaq”, – deyən mənbə əlavə edib ki, Rusiya “bir az artıra biləcək”.
Qeyd olunub ki, aprel ayında fəaliyyət variantları ilə bağlı müzakirələr hələ də davam edir və bu ssenari hələ əsas deyil.