9 C
Baku
Friday, November 1, 2024

OPEC+ hasilatın ixtisar müddətini uzadır

OPEC+ ölkələrinin ekspert texniki komitəsi neft hasilatının azaldılmasına dair hazırda qüvvədə olan razılaşmanın müddətini ilin sonunadək uzatmağı tövsiyə edib.

“Bloomberg” xəbər verir ki, bu tövsiyə koronavirusun yayıldığı bir vaxtda neft bazarının sabitləşdirilməsi üçün hasilatı azaltmaq məsələsinə həsr olunan dünənki iclasda irəli sürülüb.

İclasda həmçinin neft hasilatını gündəlik daha 600 min barel azaltmaq tövsiyəsinin də verildiyi bildirilib. İndi bununla bağlı Rusiyanın necə qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində neft hasilatının azaldılmasına dair 2017-ci ilin əvvəllərindən qüvvədə olan razılaşma bir neçə dəfə uzadılıb və dəyişdirilib. 2019-cu ilin sonunadək qüvvədə olan variantda gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 1,2 milyon barel, bu ilin birinci rübü üçün isə 1,7 milyon barel azaltmaq nəzərdə tutulur.

Bundan sonrakı şərtlərin martın 5-6-da keçiriləcək nazirlərin görüşlərində müəyyənləşdirilməsi nəzərdə tutulsa da, Çində koronavirusun yayılması ilə bağlı bu görüşlərin daha tez keçirilməsi gündəmdədir. Bununla yanaşı, bazarda tarazılığı saxlamaq məqsədi ilə mövcud razılaşmanın müddətini uzatmaq, yaxud hasilatı daha da azaltmaq kimi əlavə addımlar atılacağı da irəli sürülmüşdü.

©Report

Son xəbərlər
Digər xəbərlər