8 C
Baku
Friday, December 13, 2024

OPEC: Hazırkı neft qiymətləri qeyri-sağlamdır

Hazırkı tarixi yüksək neft qiymətləri bütün bazar iştirakçıları üçün qeyri-sağlamdır.

Bu barədə çərşənbə axşamı OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) tədqiqat bölməsinin direktoru Ayed əl-Kahtani bildirib.

“Ümid edirik, bu böhran yarandığı templə də həll olunacaq, çünki neftin hazırkı qiyməti heç bir bazar iştirakçısı üçün sağlam deyil”, – əl-Kahtani bildirib.

Dünyada neft və qaz qiymətləri son həftələr dünyada çətin geosiyasi vəziyyətin təzyiqi altındadır. Ukrayna ətrafındakı vəziyyət və Rusiya Federasiyasının davam edən hərbi əməliyyatı fonunda çərşənbə axşamı “Brent” markalı neftin qiyməti 2012-ci ildən bəri ilk dəfə 125 dolları ötüb. Hazırda “Brent”in qiyməti 130 dollardan yuxarı səviyyədədir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər