Dekabrın 1-də keçirilməli olan OPEC+ nazirlər iclası dekabrın 3-nə təxirə salınıb.
TASS xəbər verir ki, bu barədə iştirakçı ölkələrin nümayəndələrinə göndərilən məktubda deyilir.
Məktubda deyilir ki, iclas cümə axşamı Bakı vaxtı ilə saat 17:00-a təyin olunub və videokonfrans formatında keçiriləcək.
Bir mənbədən bildirilib ki, iclasa qədər olan vaxtdan qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə olunacaq. Daha əvvəl OPEC+ ölkələri 2021-ci ilin qarşıdakı aylarında neft hasilatının nə qədər azaldılması barədə konsensusa gələ bilməmişdi.