22 C
Baku
Sunday, May 26, 2024

OPEC: İlin sonuna qədər tələbin perspektivlərinə son dərəcə nikbin baxırıq

Bu yaxınlarda müşahidə edilən neft qiymətlərinin enişi fiziki bazarın əsl fundamental göstəricilərinin ikinci plana çəkən iqtisadi artımın yavaşlaması qorxusunu əks etdirir.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib.

Onun sözlərinə görə, fiziki neft bazarında tələb kifayət qədər güclüdür və Çin iqtisadiyyatının ləngiməsi ilə bağlı qorxular şişirdilir. Bundan əlavə, artan turist aktivliyi və nəticədə təyyarə yanacağının istehlakının artması tələbatın güclənməsinə kömək edəcək.

Mart ayında tədarük çatışmazlığı ilə bağlı narahatlığı artıran Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra “Brent” markalı neftin qiyməti 147 dollara yaxınlaşdı. Daha sonra qiymətlər azaldı və bu həftə bir barel üçün 92 dollardan aşağı (6 aylıq minim – red.) endi.

Heysəm əl-Qais qeyd edib ki, bazarlar qorxu ilə doludur. Hərraclarda spekulyasiya və narahatlıq yer alıb və qiymətləri aşağı salan da məhz onlardır

“Lakin fiziki bazarda vəziyyət çox fərqlidir. Tələb hələ də güclüdür. Biz tələblə bağlı müsbət proqnozları saxlayırıq və ilin sonuna qədər tələbin perspektivlərinə son dərəcə nikbin baxırıq”, – Heysəm əl-Qais əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər