-1 C
Baku
Sunday, December 15, 2024

OPEC-in Baş katibi: “Bu günki neft tələbi rekord həddə yaxınlaşır”

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2045-ci ilə qədər qlobal enerji tələbatının 23 % artacağını proqnozlaşdırır.

Bunu OPEC-in Baş katibi Haytam əl-Qeys deyib.

“Neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağı gözlənilir. Bu onu sübut edir ki, neft növbəti onilliklərdə qlobal enerji infrastrukturunun mühüm hissəsi olmaqda davam edəcək. Bu, son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddialarla kəskin şəkildə ziddiyyət təşkil edir. Həqiqətən də, müasir tələbat bütün zamanların ən yüksək səviyyəsinə yaxındır və 2023-cü və 2024-cü illərdə təxminən gündə 5 milyon barel artacaq”, – o bildirib.

Onun fikrincə, hazırda heç bir enerji növü enerjiyə gözlənilən gələcək tələbatı ödəyə bilməz: bunun əvəzinə “bütün insanlar, bütün yanacaq növləri və bütün texnologiyalar” yanaşması tələb olunur.

7cff6be3 9c64 445c 820a 2d86cc6b8bd9

“Bu yolla OPEC-ə üzv ölkələr bu gələcək enerji ehtiyaclarını ödəmək üçün lazım olan sərfəli enerjini təmin etməyə, eyni zamanda emissiyalarını azaltmağa və bu prosesdə enerji yoxsulluğunun aradan qaldırılmasına kömək etməyə hazırdırlar”, – Haytam əl-Qeys bildirib.

Britaniyanın Enerji İnstitutu, KPMG konsaltinq şirkəti və “Kearney” tərəfindən nəşr olunan 2022-ci il Dünya Enerji Hesabatında, ötən ildə qalıq yanacaqların qlobal enerjinin 82 %-ni təşkil etdiyi qeyd olunur. Bu, OPEC-in son qlobal neft proqnozu ilə müqayisə olunduqda 30 il əvvəlki səviyyəyə uyğun gəlir.

“Dünya emissiyaları azaltmaq və insanların rahat yaşaması üçün lazım olan məhsul və xidmətlərə çıxışını təmin etmək üçün hərəkətə keçməlidir”, – o qeyd edib.

Bu məqsədlərə nail olmaq üçün OPEC üzvləri neft hasilatı və emalı gücünə sərmayə qoyur, texnologiyaları səfərbər edir və neft sənayesini karbonsizləşdirmək üçün geniş təcrübədən istifadə edir.

ac809d72 f2e3 301e b3e5 1b1997ec3a2f

“Nəticə ondan ibarətdir ki, bu gün və gələcək onilliklər üçün dünyanın ehtiyac duyduğu nefti istehsal edərkən bərpa olunan enerjiyə böyük sərmayə qoymaq mümkündür”, – OPEC-in Baş katibi bildirib.

Bundan başqa, onun sözlərinə görə, dünya əhalisinin sayı artır: “OPEC-in gözləntilərinə görə, 2045-ci ilə qədər əhalinin sayı 1,6 milyard nəfər artacaq, BMT-nin statistikası isə 2100-cü ilə qədər təxminən 10,4 milyard nəfərə yüksələcəyini göstərir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər