14 C
Baku
Sunday, September 29, 2024

OPEC-in baş katibi vəfat edib

OPEC-in baş katibi Mohammed Sanusi Barkindo 63 yaşında dünyasını dəyişib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Vurğulanır ki, xəbəri Nigeriya Milli Neft Korporasiyasının baş direktoru “Twitter”də paylaşıb. Barkindo 2016-cı il avqustun 1-dən OPEC-in baş katibi vəzifəsində çalışıb. 1993-2008-ci illərdə OPEC İqtisadi Komissiyasının İdarə Heyətində Nigeriyanı təmsil edib, 2009-2010-cu illərdə Nigeriya Milli Neft Korporasiyasının sədri və o vaxtdan BMT-nin iqlim danışıqlarında Nigeriyanın texniki nümayəndə heyətinin rəhbəri olub.

Son xəbərlər
Digər xəbərlər