15 C
Baku
Monday, May 6, 2024

OPEC-in neft tələbatının 2024-cü ildə gündəlik 2.2 milyon barel artacağı proqnozlaşdırılır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcəyini (əvvəlki proqnozla üst-üstə düşür), gələn il isə bir qədər, yəni gündəlik 1,8 milyon barel artacağını və 106,21 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə OPEC-in yanvar hesabatında qeyd edilib.

Analitiklərin hesablamalarına görə, 2023-cü ildə dünyada neft istehlakı gündəlik 2,5 milyon barel artaraq 102,11 milyon barelə çatıb.

Noyabr ayı üzrə ilkin məlumatlar göstərir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 7,3 milyon barel azalaraq 2,819 milyard barel təşkil edib. Bu, 2015-2019-cu illər üzrə orta göstəricidən 122 milyon barel aşağıdır (“OPEC+” razılaşmalarının həyata keçirilməsinin effektivliyinin referent səviyyəsi). O cümlədən, neft ehtiyatları 17,5 milyon barel artaraq 1,354 milyard barelə çatıb, neft məhsulları isə əvvəlki ayla müqayisədə 10,2 milyon barel azalaraq 1,466 milyard barel təşkil edib.

OPEC 2024-cü ilin I rübü üçün tələblə bağlı proqnozunu gündəlik 270 min barel azaldıb və təşkilat bununla bağlı göstəricini 103,32 milyon barel olacağını gözləyir. Lakin II rüb üçün proqnozunu demək olar ki, eyni həcmdə artırıb (103,92 milyon barel). Təşkilatın III rüb üçün bununla bağlı proqnozu gündəlik 90 min barel artaraq 104,89 milyon barel, IV rüb üçün isə eyni həcmdə azalaraq – 105,29 milyon barel təşkil edib.

OPEC-in proqnozuna görə, bu il OECD ölkələrində neft tələbatı gündəlik cəmi 0,3 milyon barel artacaq. OECD-yə daxil olmayan ölkələrdə neftə tələbat gündəlik təxminən 2 milyon barel artacağı proqnozlaşdırılır. 2025-ci ildə OECD ölkələri istehlakının gündəlik 0,1 milyon barel artıracağı gözlənilir. OECD-yə daxil olmayan ölkələrdə əsasən Çin, Yaxın Şərq və Hindistan da daxil olmaqla digər Asiya ölkələrində gündəlik artım proqnozu 1,7 milyon barel təşkil edir.

Müxtəlif neft məhsullarına tələbat baxımından OPEC 2025-ci ildə artımın hərəkətverici qüvvəsinin xüsusilə nəqliyyat yanacağı olacağını gözləyir. Qeyd edilib ki, həm ölkədaxili, həm də beynəlxalq aviadaşımaların artmasını nəzərə alaraq, kerosin istehlakı artmağa davam edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər