8 C
Baku
Sunday, November 17, 2024

OPEC+ İsrailə qarşı neft embarqosu tətbiq etməyəcək

OPEC+ İsraillə bağlı fövqəladə iclas keçirməyi və ona qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Bu barədə “Reuters” alyansdakı mənbələrinə istinadən bildirir.

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın İslam Əməkdaşlıq Təşkilatının üzvlərini İsrailə qarşı neft embarqosu və ya digər sanksiyaların tətbiqi üzrə çağırışlarından sonra OPEC+ fövqəladə iclas keçirməyi və ya hər hansı təcili tədbir görməyi planlaşdırmır”, – məlumatda qeyd olunub.

İranın XİN rəhbəri bununla yanaşı, Qəzza zolağındakı vəziyyətə görə Təl-Əviv üzərində məhkəmə prosesinin keçirilməsinə çağırış edib.

Qeyd edək ki, OPEC+ ölkələrinin noyabrın 26-da Vyanada iclası keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər