27 C
Baku
Saturday, July 27, 2024

OPEC+ iştirakçıları neft istehsalının azaldılması ilə bağlı yeni razılaşmaya imza ata bilərlər

5-6 dekabr tarixlərində Vyanada OPEC+ Nazirlər Komitəsinin növbəti iclası keçiriləcək. Daha əvvəl verilən məlumata görə, OPEC konfransının iclası da məhz həmin gündə keçirilməlidir. Ekspertlər neft istehsalının azaldılmasına dair  müqaviləsinin müddətinin uzadılmasını gözləyirlər, bu haqda CNBC məlumat verib.

Xatırladaq ki, OPEC+ razılaşmasının iştirakçıları neft istehsalını gündə 1,2 milyon barelə qədər azaltmağa razılaşıblar.

“İstehsalçılar üçün bu razılaşma ideal olmasa da, fəlakətli deyil, – deyə RBC-nın xammal məhsulları şöbəsinin müdiri Helima Kroft qeyd edir. – Bir növ eyni nöqtədə dayanmışıq”.

Ekspert qeyd edir ki, kartelin sazişdən imtina etməsi çox təhlükəlidir.

“Bu, OPEC üçün qeyri-sabit vaxtdır. Zəngin və kasıb ölkələr arasındakı uçurum genişlənib. Qiymətlərin aşağı düşməsi sosial narahatlıqların qarşısını almaq üçün kifayət etməyib… Hazırda daha yaxşı seçimimiz yoxdur”, – Kroft bildirir. Onun fikrincə, müqavilənin müddəti iyuna qədər uzadılacaq.

Bundan əlavə, ekspertlər neft istehsalını daha çox azaldılması variantını istisna etmirlər.

“Əgər Səudiyyə Ərəbistanı neft istehsalını daha çox azaltmaq qərarına gəlsə, təəccüblənmərəm”, – deyə “Again Capital” ın nümayəndəsi olan Con Kildaff məsələ ilə bağlı öz fikrini bildirir. O qeyd edir ki, neft qiymətlərindəki artım Ər-Riyadın xeyrinə olacaq.

OPEC+ müqaviləsindən narazı olan dövlətlərdən biri də Rusiyadır. Buna baxmayaraq, Vladimir Putin müqavilənin tərəfdarı olduğundan, Moskvanın razılaşmanı tərk etməsi mümkünsüz görünür.

Son xəbərlər
Digər xəbərlər