“Bloomberg” xəbər verir ki, səkkiz OPEC+ ölkəsi iyul ayında hasilat artımına gedib-getməməyi müzakirə edir. Bu, alyansın neft hasilatını artırdığı üçüncü ay olacaq.
May və iyun aylarında OPEC+ iştirakçıları hasilatı əvvəllər nəzərdə tutulduğundan üç dəfə yüksək sürətlə – sutkada 130-140 min barel əvəzinə 411 min barel artırmaq qərarına gəliblər. Yekun qərar iyunun 1-də veriləcək.
Xatırladaq ki, daha əvvəl səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) könüllü olaraq hasilatı sutkada 2.2 milyon barel azaldıb və bu məhdudiyyətləri 2026-cı ilin aprel ayından oktyabr ayına qədər 130-140 min barel həcmində tədricən tətbiq etməyi planlaşdırıb.
2024-cü ilin yanvar ayından etibarən bir sıra iştirakçı ölkələrin hasilatı sutkada 4.6 milyon barel təşkil edib: İraq – demək olar ki, 2 milyon barel, Qazaxıstan – 1.3 milyon barel, Rusiya – 0.7 milyon barel, BƏƏ – təxminən 0.4 milyon barel.
Rusiya kəsiri bu ilin oktyabrına, qalan hissəsini isə 2026-cı ilin iyuluna qədər kompensasiya etməyi öhdəsinə götürüb.