Bu ilin iyun ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 547 min barel təşkil edib.
Bu ilin may ayı ilə müqayisədə iyun ayında BTC ilə neft nəqli 10 % və ya gündəlik 48 min barel artıb.
Ümumilikdə, bu ilin iyununda BTC boru kəməri ilə neft nəqli keçən ilin iyun göstəricisinə nisbətən 5 % və ya 31 min barel/gün azalıb.
Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.







