7 C
Baku
Thursday, December 12, 2024

OPEC+ nazirləri neft artıqlığı riskini qiymətləndirəcək

OPEC+ Nazirlər Monitorinq Komitəsi oktyabrın 19-da keçiriləcək iclasda zəif tələb və artan təklif şəraitində 2021-ci ildə neft bazarının inkişaf senarisini nəzərdən keçirəcək. Lakin hələlik OPEC+ gələn il yanvarın 1-dən etibarən hasilatın azaldılması kvotaları gündəlik 1,9 milyon barel yumşalacaq baza ssenariyə sadiqdir.

Bu barədə TASS-a nümayəndə heyətlərindəki mənbələr məlumat veriblər.

İclas zamanı nazirlər oktyabrın 15-də iclası keçirilmiş OPEC+ Texniki Monitorinq Komitəsi tərəfindən hazırlanan neft bazarının təhlili ilə bağlı hesabata baxacaqlar. TASS-ın həmsöhbətlərindən biri hesabatdakı ssenarilərdən birinin 2021-ci ildə neft bazarının “zəif tələb və artan təklif” ilə xarakterizə oluncağını söyləyib. Mənbə nazirlərin yanvarın 1-dən etibarən məhdudiyyətlərin azaldılması məsələsini müzakirə edəcəyini də istisna etməyib.

Digər mənbə qeyd edib ki, baza senarisi olaraq hələ də neftə olan tələbin təklifi üstələyəcəyi nəzərdən keçirilir. “Bəli, bazarın bərpası yavaş olacaq, amma yenə də səylərimizin yetərli olacağına ümid edirik”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər