16 C
Baku
Friday, April 12, 2024

OPEC neftə olan tələbin artım proqnozunu açıqlayıb

Kartelin sentyabr hesabatına görə, bu il qeyri-neftə qlobal tələbat artımı sutkada 6 milyon barel təşkil edəcək və 96.7 milyon barelə çatacaq. Məruzədə deyilir ki, 2021-ci ilin üçüncü rübündə neftə tələbat artımı güclü olub.

Banker.az xəbər verir ki, bununla belə, ilin ikinci yarısında göstəricilər COVID-19-un, xüsusən də “delta” ştammının yayılması riski səbəbindən aşağı düşüb. Cari ildə neftə tələbat 96.7 milyon barel səviyyəsinə qalxıb.

OPEC-in proqnozlarına görə, gələn il dünyada neft tələbatının artımı sutkada 4.2 milyon barel edəcək ki, bu da avqust hesabatından təxminən 0.9 milyon barel çoxdur.

Xatırladaq ki, avqust ayında OPEC ölkələri neft hasilatını sutkada 150 min barel artırıb. Yeni kvotaları nəzərə alsaq, neft istehsalçıları bu sazişin 128%-ni yerinə yetirib.

Ümumilikdə, bu il neft bazarında təklifin artımı sutkada 900 min barel təşkil edəcək və 63.8 milyon barelə çatacaq. Təklifin artması Kanada, Çin, Rusiya, ABŞ, Braziliya və Norveçdə neft hasilatının artması hesabına baş verəcək.

OPEC-in avqust hesabatında qeyri-üzv ölkələrdə 2021-2022-ci illər üçün neft tədarükünün artımı ilə bağlı proqnoz artırılıb – 0.27 və 0.84 milyon barel. Proqnozun artması OPEC+ iştirakçılarının neft hasilatını sutkada 0.4 milyon barel artırmaq qərarı ilə əlaqəli olub.

Son xəbərlər
Digər xəbərlər