10 C
Baku
Wednesday, December 11, 2024

OPEC neftə tələbatın artım tempi ilə bağlı proqnozunu olduğu kimi saxlayıb

OPEC 2024-cü ildə neftə tələbatın artım tempi ilə bağlı proqnozunu sutkada 2.2 milyon barel, 2025-ci ildə isə 1.85 milyon barel səviyyəsində saxlayıb. Analitiklər 2023-cü ildə neftə tələbat təxminlərini 50 min barel artıraraq 102.21 milyon barelə qaldırıblar və bu il neft istehlakının 2.25 milyon barel artacağını gözləyirlər.

OPEC hesab edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neft tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə sutkada təxminən 0.3 milyon barel artacaq. İƏİT-ə daxil olmayan ölkələrdə Çin və Yaxın Şərq, digər Asiya ölkələri, Hindistan və Latın Amerikasının dəstəyi ilə neft tələbinin illik 2 milyon barel artacağı gözlənilir.

Analitiklər deyirlər ki, 2024-cü ildə tələb hava səyahətləri və yük daşımalarına güclü tələbat, eləcə də güclü sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyəti, xüsusilə də İƏİT-ə daxil olmayan ölkələrdə dəstəklənəcək. Əsasən Çin və Yaxın Şərqdə neft-kimya sektorundan da neftə tələbatın artacağı proqnozlaşdırılır.

2024-cü ilin yanvar ayı üzrə ilkin məlumatlara görə, İƏİT ölkələrinin kommersiya neft ehtiyatları 26.8 milyon barel azalaraq 2.735 milyard barelə düşüb. Bu, 2015-2019-cu illərdəki orta göstəricidən aşağıdır.

Komponentlər üzrə neft və neft məhsullarının ehtiyatları müvafiq olaraq 10.7 və 16,1 milyon barel azalıb. İƏİT-in kommersiya neft ehtiyatları yanvarda 1.318 milyard barel təşkil edib ki, bu da 2015-2019-cu illərin orta göstəricisindən 113 milyon barrel aşağıdır.

Son xəbərlər
Digər xəbərlər